Tramp İranla bağlı ELƏ şey açıqladı ki… – Dünya ŞOKDA

Tramp İranla bağlı ELƏ şey açıqladı ki… – Dünya ŞOKDA

ABŞ Prezidenti Donald Tramp jurnalist Stefani Rula verdiyi müsahibədə hazırda İrana qarşı davam edən hərbi əməliyyatların prioritetlərini açıqlayıb. 

NOCOMMENT.az xəbər verir ki, ABŞ başçısı ölkədəki siyasi rejimin dəyişdirilməsinin Vaşinqtonun qarşısında duran ilkin vəzifə olmadığını qeyd edib.

Trampın sözlərinə görə, artıq üç həftədir davam edən hücumun əsas məqsədi Tehranın nüvə potensialını tamamilə məhv etməkdir. ABŞ Prezidenti vurğulayıb ki, nüvə silahı təhlükəsi ilə müqayisədə İran hökumətinə kimin nəzarət edəcəyi məsələsi ikinci dərəcəli əhəmiyyət kəsb edir.

Müsahibə zamanı Tramp bildirib ki, iyun ayında həyata keçirilən “Gecəyarı çəkici” (Midnight Hammer) əməliyyatı çərçivəsində İranın nüvə başlıqları istehsal etmək imkanları “tamamilə sıradan çıxarılıb”. Bununla belə, o, “nüvə tozu” — yəni zənginləşdirilmiş uran ehtiyatları probleminin hələ də qaldığını qeyd edib. Ekspertlərin qiymətləndirməsinə görə, bu materialların əsas hissəsi İsfahan bölgəsindəki yeraltı komplekslərdə saxlanılır.

Sara,
NOCOMMENT.az