Tramp onlara səsləndi: "Arxanıza söykənin və..."

Tramp onlara səsləndi: "Arxanıza söykənin və..."

ABŞ və İran arasında regional hərbi gərginliyin və diplomatik təmasların artdığı bir vaxtda, ABŞ Prezidenti Donald Tramp daxili siyasətdəki rəqiblərinə qarşı növbəti sərt və diqqətçəkən bəyanatını yayıb. Ağ Ev rəhbəri Vaşinqtonun maraqlarına tam cavab verən və rəsmi Tehranı güzəştə məcbur edəcək tarixi bir sazişin astanasında olduqlarını iddia edərək, siyasi opponentlərini danışıqlar prosesinə mane olmamağa çağırıb.

NOCOMMENT.az xəbər verir ki, Donald Tramp özünün sosial media hesabında bəzi demokratları və respublikaçıları kəskin şəkildə tənqid edib. ABŞ Prezidenti prosesi ləngitməkdə və ya lazımsız şəkildə müharibə ritorikasından istifadə etməkdə ittiham olunduğu tənqidlərə bu sözlərlə cavab verib: "İran həqiqətən də saziş bağlamaq istəyir və bu, həm ABŞ, həm də bizimlə birlikdə olanlar üçün çox yaxşı bir razılaşma olacaq. Lakin görəsən, demokratlar və bəzi qeyri-vətənpərvər respublikaçılar başa düşmürlər ki, siyasi fırıldaqçılar daim mənfi şəkildə və indiyə qədər görünməmiş bir səviyyədə 'civildəşəndə', mənim işimi görməyim və danışıqlar aparmağım qat-qat çətinləşir. Onlar durmadan 'daha sürətlə, yaxud daha yavaş hərəkət etməlisən', 'müharibəyə başlamalısan, yaxud başlamamalısan' deyə reaksiyalar verirlər. Sadəcə arxaya söykənin və rahatlayın – sonda hər şey çox yaxşı olacaq. Həmişə belə olub!"