Türkiyə İrəvana təklif verdi, cavab gözləyir

Türkiyə İrəvana təklif verdi, cavab gözləyir

Türkiyə xüsusi nümayəndələr arasında növbəti görüşün Ankara və ya İrəvanda keçirilməsi ilə bağlı təklif verib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə RİA Novosti agentliyi Ankaradakı mənbədən məlumat yayıb.

“Əgər söhbət iki ölkə arasında münasibətlərin normallaşmasından gedirsə, danışıqların 3-cü dövlətin iştirakı olmadan baş tutması məntiqli olardı”, – deyə mənbə bildirib.

Mənbə qeyd edib ki, biz Ankara və ya İrəvanda görüş keçirməyi təklif etmişik, amma hələlik cavab almamışıq: “Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına maneələrdən biri də erməni diasporunun təzyiqidir. Bəzi hallarda proses sabotaj edilir. Amma ümid edirik ki, normallaşma prosesi davam edəcək”.