Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ermənistanda səfərdədir.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Volodin İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Görüşdə bir sıra məsələlər, o cümlədən KTMT ölkələrinin qanunvericiliyinin yaxınlaşdırılması müzakirə olunub.
Qeyd edək ki, V.Volodin KTMT PA Şurasının iclasında iştirak etmək üçün İrəvana yollanıb. O, səfər çərçivəsində Rusiya nümayəndə heyətinə rəhbərlik edir.












