Xamenei buna görə insanlar içinə çıxmır - ŞOK gizlinlər

Xamenei buna görə insanlar içinə çıxmır - ŞOK gizlinlər

İran İslam Respublikasının daxili və xarici siyasətində, eləcə də idarəetmə sistemində baş verən mühüm proseslərin mərkəzində dayanan Ali Lider Müctəba Xameneinin uzun müddətdir kütləvi tədbirlərdə görünməməsinin pərdəarxası məqamları üzə çıxıb. Rəsmi Tehran Ali Liderin fəaliyyətini tam gücü ilə davam etdirdiyini, lakin xüsusi rejimdə qorunduğunu təsdiqləyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi rəsmi bəyanatla çıxış edib.

Nazir qeyd edib ki, Ali Lider Müctəba Xamenei ölkədə cərəyan edən bütün proseslərdə olduqca yaxından iştirak edir, dövlət əhəmiyyətli qərarların qəbul olunmasına və geosiyasi inkişafa birbaşa təsir göstərir. Bununla belə, onun xalq qarşısına çıxmamasının yeganə səbəbi yüksək səviyyəli təhlükəsizlik tədbirləridir. Əraqçinin sözlərinə görə, İranın aidiyyəti xüsusi xidmət və təhlükəsizlik orqanları regionda mövcud olan hərbi-siyasi gərginliyi nəzərə alaraq, hazırkı şəraitdə Xameneiyə ictimaiyyət qarşısında hər hansı bir çıxış etməkdən qəti şəkildə çəkinməyi tövsiyə ediblər.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp rəsmi Vaşinqtonla Tehran arasında regional sabitlik və sülh razılaşması əldə olunacağı təqdirdə, İranın ali lideri ilə şəxsən görüşə biləcəyini və danışıqlara hazır olduğunu bəyan etmişdi. Ekspertlər hesab edirlər ki, regionda artan sui-qəsd və kəşfiyyat təhdidləri fonunda rəsmi Tehran öz ali rəhbərliyini tamamilə təcrid olunmuş və gizli sığınacaqlarda qorumağa məcbur qalıb.

Sara,
NOCOMMENT.az