Yanukoviç Minskə getdi: plan həyata keçirilir?

Yanukoviç Minskə getdi: plan həyata keçirilir?

Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin təyyarəsi Minskə uçub.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat yayıb.

O bildirib ki, Viktor Yanukoviçin təyyarəsi (RA-09617) indilərdə Misnk aeroportuna enəcək. Təyyarə Vnukovo (Moskva) aeroportundan qalxıb.

Qeyd edək ki, bundan öncə Kremlin Yanukoviçi hakimiyyətə qaytarmaq istədiyi haqda məlumat yayılmışdı.