Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya qəbulu məsələsindən “soyuduğunu” bildirib.
NOCOMMENT xəbər verir ki, bu barədə Zelenski “ABC” telekanalına müsahibəsində deyib.
“NATO-ya gəlincə, mən uzun müddət əvvəl NATO-nun Ukraynanı qəbul etməyə hazır olmadığını anladıqdan sonra bu məsələyə marağımı itirdim. Alyans Rusiya ilə ziddiyyətlərdən və qarşıdurmadan qorxur”, – deyə Zelenski bildirib.
O, həmçinin vurğulayıb ki, Kiyev heç nə üçün Brüsselə diz çöküb yalvarmayacaq: “Nə mən, nə də Ukrayna tarixə belə düşmək istəmirik…”












