Zelenski Quterreşlə danışdı

Zelenski Quterreşlə danışdı

Ukrayna prezidenti Vladimir Zelenski ilə BMT-nin baş katibi Antonio Quterreş arasında telefon danışığı olub. Söhbət zamanı onlar Qara dənizdə mülki gəmiçiliyin təhlükəsizliyini müzakirə ediblər.

Bu barədə NOCOMMENT.az ZelenskininTelegram kanalına istinadla xəbər verir .

“Mən BMT nümayəndəsini Sülh Formulasının həyata keçirilməsi üzrə məsləhətçilərin dördüncü iclasına dəvət etdim”, – Zelenski bildirib.

Bundan əlavə, prezident qış mövsümü üçün ayrıca plana görə Quterreşə təşəkkür edib.

“Ukrayna həmçinin BMT-nin 2024-cü il üçün humanitar cavab planının təsdiqinə ümid edir”, – dövlət başçısı əlavə edib.