Siyəzəndə meyiti aşkarlanan şəxsin itkin düşdüyü məlum olubbackend

Siyəzəndə meyiti aşkarlanan şəxsin itkin düşdüyü məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samur-Abşeron kanalının Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində meyiti aşkarlanan 23 yaşlı Rafael Ramazanovun itkin düşdüyü məlum olub.

NOCOMMENT.az apa-a istinadən xəbər verir ki,o, mayın 12-də səhər saatlarında yaşadığı Quba rayonunun Söhüb kəndindəki evindən çıxıb və bir daha geri qayıtmayıb. Onun cəsədi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran Rayon Şöbəsində müayinə edilib. Mərhumun hansı səbəbdən ölməsi araşdırılır.

Faktla bağlı Siyəzən rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.