Siyəzəndə torpaq sürüşməsi: Körpü uçdu – FOTOLARbackend

Siyəzəndə torpaq sürüşməsi: Körpü uçdu – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Siyəzən rayonunda torpaq sürüşməsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə Məşrif kəndinə qeydə alınıb.

Nəticədə kəndlə rayon mərkəzini birləşdirən yolun üzərindəki körpü uçub.

Bu hal kənd sakinlərinin rayon mərkəzi və digər bölgələrlə əlaqəsinə ciddi çətinliklər yaradıb.

Kənd sakinlərinin müraciəti əsasında əraziyə baxış keçirilib, mövcud vəziyyət yerində araşdırılıb və müvafiq qeydlər aparılıb. Məsələnin aradan qaldırılması və körpünün bərpası istiqamətində zəruri tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara müraciət olunacağı bildirilib.

Qeyd edək ki, analoji hal rayonun Sədan kəndi ərazisində də yaşanıb. Aprelin 9-da kəndin ərazisində torpaq sürüşməsi olub, yarğanlar əmələ gəlib. Hazırda ərazi nəzarətdə saxlanılır, sürüşmə proseslərinin dinamikası izlənilir və mütəmadi monitorinqlər aparılır./yenisabah/