Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Günəş səthində baş verən X sinif alışmalar səbəbindən aktivlik yüksək səviyyəyə qalxması, 9-10 noyabrda baş verən X5 alışması zamanı asimmetrik tac kütlə atılması nəticəsində plazma kütləsinin noyabrın 12-də Yerə yaxınlaşması proqnozlarını ABŞ-ın
Kosmik Hava Proqnozu Mərkəzi də təsdiqləyib.Maqnit qasırğasının noyabrın 11, 12 və 13-ü günortayadək davam edə biləcəyini bildirən alimlər 12-də maqnit qasırğasının gücü 10 ballıq şkala ilə 4-8, olacağını da vurğulayıblar.
Belə güclü maqnit qasırğaları zamanı meteohəssas insanlar, xroniki xəstəlikləri olan insanlar, hamilə qadınlar, körpələr və yaşlılar tərəfindən hiss olunduğunu nəzərə alaraq həkim -terapevt Lətifə xanım Mikayılovadan tibbi məsləhət almağı lazım bildik.
NOCOMMET.az-a danışan Lətifə xanım maqnit qasırğasının insanın səhhətinə güclü zərbə vura biləcəyini dedi:
“Maqnit qasırğaları daha çox ürək, qan-damar və sinir sisteminə mənfi təsir edir. Qasırğa zamanı başda ağrılar, ümumi halsızlıq, başgicəllənməsi, əllərdə və ayaqlarda zəiflik hissiyyatı, yuxusuzluqdan əziyyətçəkmə halları mümkündür. Xüsusən, artıq çəkili, ürək-damar problemlərindən əziyyət çəkənlər, infarkt keçirmiş şəxslər mağnit qasırğası zamanı əziyyət çəkirlər. Maqnit qasırğası bir neçə gün davamlı olanda hətta sağlam insanların da təzyiqində dəyişikliklər olur, səhhəti təsirə məruz qalır”.
Maqnit qasırğasının mənfi təsirindən hansı vasitələrlə qorunmaq olar? -sualına həkim belə cavab verdi:
”Meteohəssas insanlar maqnit qasırğası olan günlərdə çalışsın, evdən çölə çıxmasın, daha dəqiq, səhər saatlarından axşam saatlarına qədər evdə otursun ki, günəşdən qoruna bilsin. Çoxlu su içsin, vanna qəbul etsin. Bunlar kömək etməsə, mütləq həkimə müraciət etsinlər”
Xatırladaq ki, maqnit qasırğaları Yerin maqnit sahəsində onun normal gedişatını kəskin şəkildə pozan və bir neçə saatdan bir neçə günə qədər davam edən güclü pozuntulardır. Onlar kosmik havadan, yəni günəş alovlarının yaratdığı dəyişikliklərdən asılıdır. Bu şərtlər Günəşdən milyonlarla ton plazma atmağa qadirdir ki, bu da bir neçə saat ərzində Yerə gələ bilər.
Əntiqə Rəşid












