Sosial şəbəkələrin Trampla müharibəsi davam edirbackend

Sosial şəbəkələrin Trampla müharibəsi davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Facebook” sosial şəbəkəsi ABŞ prezidenti Donald Trampın öz hesabından paylaşdığı videonu koronavirus haqqında yalan iddialar ehtiva etdiyi üçün silib.

NOCOMMENT xarici mediaya istinadən xəbər verir ki, Trampın səhifəsindən “Fox News”a verdiyi müsahibədən olan video çıxarılıb. Belə ki, bu videoda ABŞ prezidenti uşaqların praktik olaraq COVID-19-a qarşı immunitetinin olduğunu söyləyib.

Xatırladaq ki, bundan əvvəl “Twitter” sosial şəbəkəsi ABŞ prezidenti Donald Tramp tərəfindən paylaşılan videonu silmişdi. Buna səbəb müəllif hüquqlarının pozulması ilə bağlı sosial şəbəkəyə göndərilən şikayət olmuşdu.