48 mindən artıq abituriyent tələbə adını QAZANDI

48 mindən artıq abituriyent tələbə adını QAZANDI

Azərbaycanın ali təhsil müəssisələrinə daxil olan abituriyentlərin sayı açıqlanıb.

Bu barədə NOCOMMENT.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ali təhsil müəssisələrinin müsabiqəsində 66 724 nəfər iştirak edib. Onlardan 48 841 nəfəri (o cümlədən 4927 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub.