700 dövlət qulluqçusuna töhmət verilib

700 dövlət qulluqçusuna töhmət verilib

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun müddəalarının tələblərini pozan 700 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib.

NOCOMMENT xəbər verir ki, bu barədə dövlət qulluqçularının etik davranış qaydaları haqqında 2021-ci il üzrə hesabatında qeyd olunub.

Hesabatda bildirilib ki, həmin intizam tənbeh tədbirlərindən 513-ü mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarında, 187-si isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları barədə tətbiq edilib.