ABŞ hökumətinin qeyri-qanuni mühacir axınının qarşısını almaq üçün Meksika sərhədinə əlavə 1500 hərbçi göndərəcəyi açıqlanıb.
NOCOMMENT.az xəbər verir ki, hökumətə yaxın mənbələrə görə, ABŞ prezidenti Co Bayden administrasiyası qeyri-qanuni immiqrantlar üçün bu addımı atmağı planlayıb.
Məlumata görə hökumətin bu qərarı mayın 11-də başa çatacaq qanuni məhdudiyyətlərdən sonra ABŞ sərhədinə gələn qeyri-qanuni miqrantların sayında böyük artım olacağı gözləntisinə əsaslanır.
Yeni təyin olunmuş hərbi hissənin 90 gün ərzində sərhəd bölgəsində inzibati vəzifələrdə iştirak edəcəyi və heç bir hüquq-mühafizə funksiyasını yerinə yetirməyəcəyi qeyd edilib.
Qeyd edək ki, ABŞ mətbuatında son günlər ölkənin cənub sərhədindən hər gün təxminən 7 min qeyri-qanuni miqrantın gəldiyi və bu rəqəmin önümüzdəki həftələrdə artacağı gözlənilir.
NOCOMMENT.AZ












