Moskvanın biznes mərkəzi olan "Moskva-Siti" kompleksində ciddi insident yaşanıb.
"Federasiya" göydələnlər kompleksinin "Qərb" qülləsində sərnişin lifti yeddinci mərtəbədən aşağı düşüb.
NOCOMMENT.az xəbər verir ki, hadisə zamanı binada elektrik enerjisinin kəsilməsi nəticəsində liftlərin fəaliyyətinin dayandığı və nəzarətsiz qalan liftlərdən birinin sürətlə aşağı istiqamətləndiyi bildirilib.
Liftin içərisində olan bir neçə nəfər xəsarət alıb. İlkin məlumatlara görə, zərərçəkənlər boyun və diz nahiyələrində kəskin ağrılardan şikayət ediblər. Hadisənin baş verdiyi "Qərb" qülləsi 62 mərtəbədən ibarətdir və 242 metr hündürlüyə malikdir. Hazırda insidentin səbəbləri ilə bağlı araşdırmalar aparılıb.
Tunar,











