“Ağ Çiçəyim” gül mağazaları şəbəkəsi dövlət qarşısında borca düşüb.
NOCOMMENT.az xəbər verir ki, Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestrindən məlumat əldə edib.
Məlumata görə, “Ağ Çiçəyim”in İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 212 805.97 manat vergi borcu yaranıb.
Qeyd edək ki, 30 manat nizamnamə kapitalına malik olan “Ağ Çiçəyim”in qanuni təmsilçisi Əliyev Əbdülağa Səyavuş oğludur. Mağazalar şəbəkəsinin təsisçisi Əliyev Ceyhun Əbdülağa oğludur.











