Abşeronda avtomobillər toqquşub, ölən var

Abşeronda avtomobillər toqquşub, ölən var

Abşeronda avtomobillər toqquşub, ölən var.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, aprelin 8-i saat 1 radələrində Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində R.Şıxalıyevin idarə etdiyi “Opel” və V.Alcanovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə R.Şıxalıyevin sərnişini Qahir Tarverdiyev xəstəxanaya aparılarkən ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.