Abşeronda mənzildə kişi meyiti aşkarlandı

Abşeronda mənzildə kişi meyiti aşkarlandı

Fövqəladə Hallar Nazirliynin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bu barədə NOCOMMENT-ə FHN-nin Mətbuat Xidmətindən məlumat verilib.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1974-cü il təvəllüdlü Sabir Bahadur oğlu Mustafayevin meyitini aidiyyəti üzrə təhvil veriblər.