“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinatlar həyata keçirilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ADY-nin sədri Rövşən Rüstəmov müvafiq əmrlər imzalayıb.
Belə ki, Hüquq departamentinin müdiri Nicat Quliyev ADY sədrinin müşaviri təyin olunub.
ADY-nin Hüquq departamentinin rəhbəri vəzifəsi isə bu departamentin müdir müavini Türkan Yusibovaya həvalə edilib.















