Ağdam rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Aksiyada Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, YAP Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev,ərazi partiya təşkilatlarının sədrləri, partiya fəalları və ictimaiyyət nümayəndələri də iştirak ediblər.
NOCOMMENT.az xəbər verir ki, aksiyanın əsas məqsədinin ekoloji maarifləndirmə, yaşıllıqların bərpasını təşviq etmək, ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizəyə dəstək olduğu deyilsə də, bu aksiya həqiqətən də sırf göstəriş üçün olub.
Belə ki, ağaclar üçün yerlər qazılıb, lakin tinglərin əkilməsi, nə hikmətdirsə, “unudulub”.
Vəziyyəti əks etdirən görüntüləri təqdim edirik:














