Agentliklə süd zavodu arasında lizinq qalmaqalı

Agentliklə süd zavodu arasında lizinq qalmaqalı

Kürdəmir Süd Emalı Zavodu ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi arasında lizinq müqaviləsinə dair mübahisə yaranıb.

NOCOMMENT.az valyuta.az-a istinadən xəbər verir ki, Agentlik bu mübahisədən dolayı məhkəməyə müraciət edib.

Qurumun iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq.

Emin Əliyev iş üzrə hakim təyin edilib.