Ali məktəblər ənənəvi təhsilə qayıdır – RƏSMİ

Ali məktəblər ənənəvi təhsilə qayıdır – RƏSMİ

Bu il ölkənin ali məktəblərində tədris ənənəvi formada təşkil olunacaq.

NOCOMMENT xəbər verir ki, bunu modern-in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Qurum rəsmisi bildirib ki, universitetlər ümumilikdə dərsləri istədikləri formada təşkil edə bilərlər.

Universitetlərdən verilən məlumata görə, tədris, əsasən, ənənəvi formada keçiriləcək. Belə ki, bu il Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Texniki Universiteti tədrisi ənənəvi formada təşkil edəcək.

Bakı Dövlət Universitetində isə təhsilin hansı formada olacağı bəlli deyil.

Qeyd edək ki, keçən il pandemiya səbəbindən universitetlərdə tədris hibrid formada təşkil edilmişdi.