AMEA Ramiz Mehdiyevin xanımının milliyyəti barədə açıqlama yaydı

AMEA Ramiz Mehdiyevin xanımının milliyyəti barədə açıqlama yaydı

AMEA Rəyasət Heyəti katibliyinin rəisi Eldar Əmirovun AMEA prezidenti, akademik Ramiz Mehdiyevin həyat yoldaşı ilə hər hansı bir qohumluq əlaqəsi yoxdur.

NOCOMMENT xəbər verir ki, bu barədə yenisabah-a AMEA-nın mətbuat xidmətindən açıqlama daxil olub. Xəbərdə bildirilir ki, Eldar Əmirov əslən qarabağlı, Ağdam şəhərindəndir.

“Akademik Ramiz Mehdiyevin həyat yoldaşı isə Gürcüstanın Poti şəhərindəndir. Ziyalı ailədə doğulub. Anası gürcü, atası polyak əsillidir. Ailədə bir bacı, bir qardaşdırlar”, – deyə açıqlamada vurğulanıb.