ASAN xidmət və ASAN Kommunal mərkəzləri beş gün işləməyəcək

ASAN xidmət və ASAN Kommunal mərkəzləri beş gün işləməyəcək

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq dekabrın 31-dən yanvarın 4-dək “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Bu barədə NOCOMMENT-ə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, yanvarın 5-dən etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.