Astaranın Şiyəkəran kənd sakinləri yolsuz qalıb.
NOCOMMENT.az report-a istinadən bildirir ki,rayonda yağan intensiv yağışlar səbəbindən yaranan sel suları yenicə istifadəyə verilmiş körpünü dağıdıb.
Nəticədə kənd sakinləri çətinliklə üzləşiblər. Kəndə giriş-çıxış üçün alternativ yol 6 km aralıdan keçir. Bu yol isə bərbad vəziyyətdədir.
Kənd icra nümayəndəliyindən bildirilib ki, sözügedən körpü yalnız piyadalar üçün nəzərdə tutulub.
“Alternativ yolla hərəkəti bərpa etmək üçün yolda hamarlama işləri aparılacaq”, – nümayəndəlikdən qeyd edilib.












