Hacıqabulda dəhşətli qəza - Çox sayda yaralı var - FOTOLAR

Hacıqabulda dəhşətli qəza - Çox sayda yaralı var - FOTOLAR

Hacıqabulda sərnişin avtobusunun aşması nəticəsində çoxsaylı xəsarət alan var.

NOCOMMENT.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İritutumlu rayonlararası sərnişin avtobusu aşıb.

Hadisə nəticəsində çox sayda insan xəsarət alıb. Yaralılar Şirvan və Hacıqabul xəstəxanalarına çatdırılır.