İsrail rəhbərliyinin İrana qarşı yeni açıqlamaları bölgədə gərginliyin daha da artırıb.
NOCOMMENT.az xəbər verir ki, ABŞ-nin Yaxın Şərqdəki hərbi qüvvələrinin də yenidən döyüşə hazırlıq vəziyyətinə gətirildiyi bildirilir.
İsrailin müdafiə naziri İsrail Katz bildirib: “Baş nazir və mənim tərəfimdən İsrail Müdafiə Ordusuna (IDF) İrana qarşı müstəqil İsrail hərbi əməliyyatına hazırlaşmaq tapşırılıb.”
Nazir daha sonra əlavə edib: “Danışıqlar başlayanda irəli sürdükləri ilk şərtlərdən biri hədəfli sui-qəsdlərin dayandırılması olur. Bu İsrail metodu onları çılğına çevirir.”
Bununla yanaşı, Yaxın Şərqdə yerləşən ABŞ ordu birliklərinin yenidən döyüşə hazır vəziyyətə gətirildiyi bildirilir.
Eyni zamanda, Fars körfəzində ABŞ-ın strateji erkən xəbərdarlıq təyyarələrinin fəallığının müşahidə olunduğu bildirilir. Məlumata görə, həmin təyyarələr Səudiyyə Ərəbistanındakı hərbi aerodromlardan havaya qalxıb.











