Ata Abdullayevin şikayəti icraata götürülüb

Ata Abdullayevin şikayəti icraata götürülüb

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayev barəsində olan hökmdən apellyasiya şikayəti icraata götürülüb.

NOCOMMENT xəbər verir ki, bu barədə onun vəkili Telman Talıbov sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun sədrliyi ilə araşdırılacaq. Vəkil müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Məhkəmənin ilkin baxış iclasının vaxtı hələ məlum deyil.