Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
NOCOMMENT.az-ın məlumatına görə, hadisə Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan 11 saylı xətt üzrə işləyən “İsuzu” markalı avtobus yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əliyev Samir Mustafa oğlunu vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
APA












