Ayağına dəmir parçası batdı: FHN xilas etdi – Video

Ayağına dəmir parçası batdı: FHN xilas etdi – Video

Ağcabədidə su arxına yıxılan şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən NOCOMMENT.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Ağcabədi rayonunda 1 nəfərin su arxına yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Ağcabədi Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1990-cı il təvəllüdlü Əziz Rüstəm oğlu Rəhimovun ayağına su arxında dəmir parçası bataraq köməksiz vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər müvafiq vasitələrdən istifadə etməklə zərərçəkmişə lazımi köməklik göstərərək su arxından çıxarıb, təcili tibbi yardım briqadasına təhvil veriblər.