Azər Zahid təhqir etdiyi qazidən üzr istədi

Azər Zahid təhqir etdiyi qazidən üzr istədi

Aparıcı Azər Zahid – “sən onsuz da pulu saya bilməyəcəksən”, – dediyi qazidən üzr istəyib.

NOCOMMENT shownews-a istinadən bildirir ki, aparıcı qazi Amillə TikTok-dakı verilişində canlı yayıma çıxaraq ondan dəfələrlə üzr istəyib.

22 yaşlı Amil Qarabağ müharibəsində düşmən postunda minaya düşərək ağır yaralanaraq iki gözünü itirib və 3 gün komada qalıb.

Xatırladaq ki, məlum görüntülər sosial şəbələkələrdə yayılandan sonra izləyicilər tanınmış aparıcını qaziyə qarşı hörmətsizlikdə ittiham etmişdilər.