Azərbaycana meymunçiçəyi testləri gətirilir

Azərbaycana meymunçiçəyi testləri gətirilir

“Azərbaycan tərəfi Ümumdünya Səhiyyə Təşkilatına meymunçiçəyi virusunu təsbit edən testlərin ölkəyə gətirilməsi üçün ilk müraciət edən dövlətlərdən biri olub. Artıq həmin testlər ÜST-nin Azərbaycandakı nümayəndəsinin rəhbərinə rəsmi şəkildə təhvil verilib”.

NOCOMMENT xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, yaxın 2-3 gün ərzində Azərbaycana meymunçiçəyi testləri gətiriləcək.