Bu ilin noyabr ayının 1-ə olan məlumata görə, Azərbaycanda 301,9 min nəfər işsiz şəxs olub.
NOCOMMENT-in yeniavaz-a istinadən apardığı hesablama göstərir ki, bu ilin əvvəlindən ötən 10 ay ərzində ölkədə işsizlərin sayı 13,8 min nəfər azalıb.
Onu da bildirək ki, bu ayın əvvəlinə olan məlumata görə iqtisadi fəal əhalinin sayı 5 milyon 355,7 min nəfər olub, onlardan 5 milyon 53,8 min nəfərini məşğul əhali təşkil edib.
Azərbaycanda işsizlərin sayı son 18 ildə ən yüksək səviyyəyə ötən ilin əvvəlində çatıb.
| İllər | İşszilərin sayı (min nəfər) |
| 1 yanvar 2006 | 317,8 |
| 1 yanvar 2007 | 291,2 |
| 1 yanvar 2008 | 281,1 |
| 1 yanvar 2009 | 262,2 |
| 1 yanvar 2010 | 260,2 |
| 1 yanvar 2011 | 258,3 |
| 1 yanvar 2012 | 250,9 |
| 1 yanvar 2013 | 243,1 |
| 1 yanvar 2014 | 236,6 |
| 1 yanvar 2015 | 237,8 |
| 1 yanvar 2016 | 243,7 |
| 1 yanvar 2017 | 252,8 |
| 1 yanvar 2018 | 251,7 |
| 1 yanvar 2019 | 253,8 |
| 1 yanvar 2020 | 251,6 |
| 1 yanvar 2021 | 375,9 |
| 1 yanvar 2022 | 315,7 |
| 1 noyabr 2022 | 301,9 |












