Azərbaycanlı deputat AŞPA-da təyinat aldı

Azərbaycanlı deputat AŞPA-da təyinat aldı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq Komitəsi Ukraynada törədilən beynəlxalq cinayətlərin araşdırılması ilə bağlı xüsusi alt-komitə yaradıb.

NOCOMMENT.az xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, ReAl Partiyasından deputat Erkin Qədirli də həmin komitəyə təyinat alıb.

E.Qədirlinin təyinatını onun təmsil olunduğu Avropa Mühafizəkarları siyasi qrupu edib.