Azərbaycanlı gənc beynəlxalq axtarışa verildi

Azərbaycanlı gənc beynəlxalq axtarışa verildi

Daha bir Azərbaycan vətəndaşı beynəlxalq axtarışa verilib.

NOCOMMENT xəbər verir ki, 1993-cü il təvəllüdlü Fazil Kərimov külli miqdarda dələduzluqda təqsirləndirilir.

İstintaq orqanı Özbəkistanda anadan olmuş F.Kərimov barəsində Rusiyada cinayət işi başlasa da, o, istintaqdan yayına bilib. Nəticədə F.Kərimov barədə məhkəmə qərarı ilə həbs qəti imkan tədbiri seçilib və barəsində Rusiya tərəfindən İnterpol vasitəsi ilə beynəlxaq axtarış elan olunub.