Azərbaycanlı qanuni oğru Türkiyədə saxlanıldı

Azərbaycanlı qanuni oğru Türkiyədə saxlanıldı

Azərbaycanlı qanuni oğru, kriminal aləmdə İlqam Bolniski kimi tanınan İlqam Hacıyev saxlanılıb.

NOCOMMENT xəbər verir ki, bu barədə məlumatı qafqazinfo yayıb. Bildirilib ki, o, Türkiyədə həbs olunub.

Kriminal avtoritetin hansı səbəbdən saxlanılması ilə bağlı hələlik məlumat yoxdur.

Qeyd olunub ki, İlqam Bolniski ötən həftə keçirilən “sxodka”da qanuni oğru adına layiq görülüb. Gürcüstanın Bolnisi rayonunda anadan olan 40 yaşlı İlqam Hacıyev, mərhum qanuni oğru Lotu Qulinin yaxın dostu olub.