AzTV-də iki məsul şəxs işdən ayrılıb

AzTV-də iki məsul şəxs işdən ayrılıb

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin bədii rəhbəri Ranar Musayev və baş rejissoru Ziya Ağa vəzifələrindən ayrılıblar.

NOCOMMENT xəbər verir ki, bu barədə qafqazinfo-ya telekanalın Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva bildirib.

“Ziya Ağa fevralda, Ranar Musayev isə martda işdən ayrılıb. Hər ikisi öz istəyi ilə”, – deyə Rəfiyeva faktı təsdiq edib.

Sözçü əlavə edib ki, onların yerinə yeni təyinat yoxdur.

Qeyd edək ki, R.Musayev bədii rəhbər vəzifəsinə 2019-cu ilin fevralında təyin olunmuşdu.