Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin Bakı Ağır Cinayətlər Məhkəməsində icra şöbəsinin rəisi, ədliyyə polkovniki Mübariz Məmmədov işdən çıxarılıb.
NOCOMMENT.az Report-a istinadən xəbər verir ki, o, xidmətdə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, o, 3 ilə yaxın Bakı Ağır Cinayətlər Məhkəməsində icra şöbəsinin rəisi işləyib.











