Bakıda 68 yaşlı qadının meyiti tapıldı

Bakıda 68 yaşlı qadının meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1954-cü il təvəllüdlü Niyazova Zöhrə Qiyas qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.