Bakıda da izləmək mümkün olacaq - Hər il baş verir, amma...

Bakıda da izləmək mümkün olacaq - Hər il baş verir, amma...

Bakı sakinləri və təbiət həvəskarları ilin ən möhtəşəm astronomik hadisələrindən biri olan Perseyidlər meteor axınını müşahidə edə biləcəklər.

NOCOMMENT.az xəbər verir ki, göy cisimlərinin şousu avqustun 24-dək davam edəcək. Meteor yağışının pik həddi isə avqustun 13-nө təsadüf edəcək. Səma cisimlərini izləmək üçün ən əlverişli vaxt Bakı vaxtı ilə səhər saat 06:00 olaraq qiymətləndirilir.

Qeyd edək ki, Perseyidlər hər il Yer kürəsi 109P/Svift-Tuttl kometasının buraxdığı toz hissəciklərinin izindən keçərkən müşahidə olunur.