Ermənistanın elektrik şəbəkəsində baş verən ciddi qəza nəticəsində ölkənin bir neçə vilayətində işıqlar tamamilə söndüb.
NOCOMMENT.az xəbər verir ki, "Ermənistan Elektrik Şəbəkələri" şirkətinin yaydığı məlumata görə, ötürücü sistemdə yaranan problemlə əlaqədar Şirak, Lori, Tavuş, Araqatsotn və Ararat vilayətlərinin bir sıra şəhər və kəndlərində elektrik enerjisinin verilişi dayandırılıb.
Yaranmış enerji böhranını aradan qaldırmaq üçün Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mütəxəssisləri və sistem operatoru tərəfindən təcili bərpa işlərinə başlanılıb. Qurum enerji təchizatının ən qısa zamanda bərpa olunacağını vəd edib.
Sara, NOCOMMENT.az











