Bakıda ana və azyaşlı övladını avtomobil vurub.
NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Məmmədova Şəlalə Fəqani qızı və oğlu 2017-ci il təvəllüdlü Məmmədli Seyid Qalası oğlu yolu keçərkən avtomobil onları vurub.
Yaralıların hər ikisi müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.










