Bakıda gənc qız YOXA ÇIXDI: qardaşı axtarır

Bakıda gənc qız YOXA ÇIXDI: qardaşı axtarır

Bakıda gənc qız itkin düşüb.

NOCOMMENT.az xəbər verir ki, Xətai rayonu, İ.Zülfüqarov küçəsində yaşayan 18 yaşlı Abdullayeva Günel Rizvan qızı  fevralın 12-də evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Bu barədə onun qardaşı polisə müraciətində bildirib.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsində araşdırma aparılır.\\Lent.az