Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, hadisə Yusif Səfərov küçəsindən Neftçilər prospekti istiqamətindəki yolda qeydə alınıb.
“Opel” markalı avtomobil “Mercedes Gelandewagen” markalı avtomobillə toqquşub. Nəticədə “Mercedes Gelandewagen” aşıb.
Hadisə zamanı ölən və xəsarət alan olmayıb.















