Hacıqabulda qəzada sürücünün həyat yoldaşı öldü

Hacıqabulda qəzada sürücünün həyat yoldaşı öldü

Hacıqabulda baş verən qəzada bir nəfər ölüb.

NOCOMMENT.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 108-ci kilometrliyində Hacıqabul rayonunun Pirsaat kəndi ərazsində qeydə alınıb.

"Kamaz" markalı yük maşını ilə BYD markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü yüngül xəsarət alsa da, avtomobildə olan sərnişin - sürücünün həyat yoldaşı, Beyləqan rayon sakini 1979-cu il təvəllüdlü İbadova Svetlana Ocaqverdi qızı həyatını itirib.

Faktla bağlı araşdırma aparılır. (APA)