Bakıda mənzildə qadın meyiti tapıldı

Bakıda mənzildə qadın meyiti tapıldı

Bakıda mənzildə 66 yaşlı qadının meyiti tapılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1955-ci il təvəllüdlü İsmayılova Gülizar Sadiq qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.