Bakıda ödəmə terminalları mağazalardan oğurlandı

Bakıda ödəmə terminalları mağazalardan oğurlandı

Bakıda ödəmə terminalları oğurlanıb.

NOCOMMENT.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Binəqədi rayonu ərazisində mağazalarda quraşdırılan və içərisində 5400 manat maddi vəsait olan 2 ödəmə terminalının oğurlanması barədə polisə məlumatlar daxil olub.

Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı V.Hüseynov müəyyən olunaraq saxlanılıb.\\ Lent.az