Bakıda poliklinikaya gələn şəxs ürəktutmadan ölüb

Bakıda poliklinikaya gələn şəxs ürəktutmadan ölüb

Bakıda poliklinikada ölüm hadisəsi baş verib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsində qeydə alınıb.

Belə ki, 24 nömrəli şəhər poliklinikasına göndəriş üçün sənədlərini düzəltməyə gələn 1984-cü il təvəllüdlü Mahir adlı şəxs ürəktutmadan dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.