Bakıda 21 yaşlı qız itkin düşüb.
NOCOMMENT xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Bakı şəhəri Nəsimi rayonu ərazisində yaşayan 21 yaşlı Pərvanə Məmmədova ötən ilin dekabrın 28-də yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.
Onun əlamətləri belədir: boyu 175 sm., orta bədən quruluşlu, sarışın, uzun sarı saçlı, gözləri mavi rənglidir.















